İbrahim Tatlısəsə həbs cəzası

İbrahim Tatlısəsə həbs cəzası
Oxunma sayı: 6550

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəsin “Tatlıses TV”də baş direktor çalışmış Fulya Akbay Toprakı təhdid və təhqir etməsi iddia olunub. Bu səbəbdən Tatlısəsə 4 ilə qədər həbs istənilib.

“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, məhkəmə Tatlısəsə təhqirə görə 740 TL pul cəzası, təhdidə görə isə 2 ay 15 gün həbs cəzası verilməsinə qərar verib.

Daha əvvəl Toprakın vəkili Şeyda Yıldırım şikayət vəsatətində bunları yazmışdı: “İbrahim Tatlısəs mənim müştərimə öz mobil telefonundan təhqiramiz mesajlar göndərib. Biz istəyirik ki, onu cəzalandırsınlar".

İstintaq zamanı ifadə verən İ. Tatlısəs isə bunları demişdi: “Şirkət işlərini şikayətçi Fulya Akbay Toprakla digər əməkdaşlara həvalə etmişdim. Amma şirkətdə pozuntuların olduğunu öyrəndim. Onları işdən çıxartdım. Bu mesajlar mənə aid deyil”.