İbrahim Tatlısəsin anası vəfat etdi

ibrahim-tatlisesin-anasi-vefat-etdi
Oxunma sayı: 2365

Türkiyəli müğənni İbrahim Tatlısəsin anası Leyla Tatlı dünyasını dəyişib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 86 yaşlı L.Tatlı bir müddətdir ürəyindəki narahatlıq və yüksək təzyiqə görə müalicə aldığı xəstəxanada vəfat edib.

Anasının ölüm xəbərini sosial mediada paylaşan İbrahim Tatlısəs bunları yazıb:

“Baş tacım, dəyərli anam, Leyla Sultanım Haqqın rəhmətinə qovuşdu. Kədərimiz çox böyükdür”.

Qeyd edək ki, cənazə Zəncirliquyu qəbiristanlığında dəfn ediləcək.