İbrahimoviç 1 ay futbolsuz qalacaq

ibrahimovic-1-ay-futbolsuz-qalacaq
Oxunma sayı: 1626

İtaliyanın “Milan” futbol klubunun forvardı Zlatan İbrahimoviç bir ay meydana çıxa bilməyəcək. “Qafqazinfo” bildirir ki, bu barədə “Sky Sport Italia” xəbər verib.

Mənbənin məlumatına görə, buna səbəb 38 yaşlı isveçlinin ayağından zədə almasıdır. 10 gündən sonra futbolçu əlavə müayindən keçəcək.  

Qeyd edək ki, cari mövsümdə Zlatan “Milan”da on matç keçirib və dörd qolun müəllifi olub.