İbrahimoviç 3 illik cəzalana bilər

ibrahimovic-3-illik-cezalana-biler
Oxunma sayı: 1622

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç cəzalandırıla bilər.

 “Qafqazinfo” xəbər verir ki, isveçli hücumçu mərc şirkəti “Bethard”ın səhmlərinin bir hissəsinə sahib olduğu üçün 3 illik futboldan kənar qala bilər. FIFA hazırda bununla bağlı araşdırma aparır.
 
Əgər bu fakt təsdiqini tapsa, 39 yaşlı futbolçuya 3 illik cəza veriləcək.