İbrahimoviç Avro-2020-ni buraxacaq

ibrahimovic-avro-2020-ni-buraxacaq
Oxunma sayı: 1767

İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin Avro-2020-də iştirak edə bilməyəcəyi dəqiqləşib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb. 39 yaşlı hücumçunun A seriyasının 35-ci turunda "Yuventus"la matçda (3:0) aldığı zədəyə görə Avropa çempionatını buraxacağı bildirilib.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda oynayacaq.