İbrahimoviç ən böyük meydanı icarəyə götürdü

ibrahimovic-en-boyuk-meydani-icareye-goturdu
Oxunma sayı: 947

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç noyabrın 25-i üçün Malmödəki ən böyük meydanı icarəyə götürüb.

“Qafqazinfo” dsport.az-a istinadən xəbər verir ki, həmin gün Çempionlar Liqasında onun doğma klubu "Malmö" Paris təmsilçisini qəbul edəcək.

İbrahimoviç bu addımı hər kəsin oyuna baxa bilmə imkanının olması üçün atıb. Qarşılaşma meydanda canlı yayımlanacaq.

Zlatan 1999-2001-ci illərdə "Malmö"də oynayıb.