"Qafqazinfo" sportal.az-a istinadən xəbər verir ki, iki həftə əvvəl “Bordo” ilə oyundan sonra futbolçu həm hakimləri həm də ölkəni təhqir etmişdi. AÇ-2016-nın seçmə oyunları ilə əlaqədar ölkəsinə yollanan İbrahimoviç yenidən Fransaya geri dönüb. Mövsümün sonunda PSJ-dən ayrılacağı ilə bağlı xəbərlərə isə Zlatan İbrahimoviç belə cavab verib:
“PSJ-dən gedəcəyimi yazanlar yalan məlumatlar yayırlar. Fransada yaşamaq mənə xoş olmasaydı, çoxdan bu ölkəni tərk edərdim. Əslində klub mənimlə müqaviləni artırmağa hazırlaşır. Hələ bir müddət PSJ-də oynayıb komandaya xeyir vermək istəyirəm.Kimsə məni görmək istəmirsə, onda Fransadan gedə bilər”
Son xəbərlər
Son Xəbərlər