“İbrahimoviç həmişə kiməsə əsəbiləşir”

ibrahimovic-hemise-kimese-esebilesir
Oxunma sayı: 2056

"Milan"ın baş məşqçisi Stefano Pioli futbolçusu Zlatan İbrahimoviç barədə danışıb.  

"Qafqazinfo" xəbər verir ki, o, "Football İtalia"ya açıqlamasında 40 yaşlı hücumçunun A seriyasının 20-ci turunda "Roma" ilə matçda komanda yoldaşının penaltini qaçırmasına verdiyi sərt reaksiyaya münasibət bildirib: 

"Zlatan həmişə kiməsə və ya nəyəsə əsəbiləşir. Bu onu həvəsləndirir. Dəqiq yerinə yetirilməyən penaltidən , komandadan və nəticədən narazıdır". 

Qeyd edək ki, sözügedən görüş "Miilan"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.