İbrahimoviç tarixə düşdü

ibrahimovic-tarixe-dusdu
Oxunma sayı: 1519


“Qafqazinfo” Qol.Az-a istinadən xəbər verir ki, Estoniya ilə yoldaşlıq görüşündə dubl edən futbolçu İsveç millisinin tarixində ən çox qol vuran futbolçu olub.

Matçın 3 və 24-cü dəqiqələrində yığmadakı 49 və 50-ci qollarını vuran İbrahimoviç millinin sabiq futbolçusu Sven Ryudeli gedirə qoyub. Ryudel 1923-1932-ci illər ərzində vurduğu 49 qolla siyahıya başçılıq edirdi.

Qeyd edək ki, hazırda davam edən İsveç - Estoniya matçında meydan sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.