Tviterin San-Fransisko şəhərində baş qərargahının yerləşdiyi binanın sahibi şirkəti məhkəməyə verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, binanın sahibi şirkəti məkan üçün nəzərdə tutulan icarəhaqqını ödəməməkdə ittiham edib.
“SRI Nine Market Square LLC” şirkətinin məhkəməyə etdiyi müraciətdə deyilir ki, tviter ötən ilin dekabrında icarəhaqqında sazişi pozub və təqribən 3,4 milyon dollar həcmində olan aylıq məbləği ödəməyib.
Bildirilir ki, şirkət həmin məbləği kredit xətti ilə əldə etsə də, tviter cari ilin yanvar ayında yenidən icarə sazişini pozaraq ödəniş etməyib. Tviter ümumilikdə hazırda sözügedən şirkətə 3,16 milyon dollar ödəməlidir.