İcarəyə götürdüyü bostanda narkotik becərdi - Həbs edildi

icareye-goturduyu-bostanda-narkotik-becerdi
Oxunma sayı: 2675

Saatlıda polislər tərəfindən 190 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-dən “Qafqazinfo”ya istinadən xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şirinbəy kənd sakini Elvin Cəfərov saxlanılıb.

Onun rayonun Orta Muğan kəndi ərazisində icarəyə götürdüyü bostan bitkilərinin əkilməsi üçün nəzərdə tutulan sahəyə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən ümumi çəkisi 184 kiloqram olan 410 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin sahədən əlavə olaraq qurudulmuş formada 2 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.