İcarəyə götürdüyü maşını satdı- - Xaçmazda

icareye-goturduyu-masini-satdi-
Oxunma sayı: 1133


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu ilin mart ayının 25-də Xaçmaz şəhərində şəhər sakini Elşad Əhmədova məxsus “VAZ-21011” markalı avtomobildən qohumu Elmin Kərimova məxsus 3000 manat və mobil telefon oğurlanıb.

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Xətai Əliyev tərəfindən törədilməsi müəyyən edilib. 

Araşdırmalar zamanı X.Əliyevin cari il fevral ayının 15-də “055 cars” şirkətinə məxsus “Opel” markalı avtomobili icarə əsasında 30 günlük götürməsi, lakin avtomobili geri qaytarmayaraq sənədlərini saxtalaşdırıb Xaçmaz şəhər sakini Fariz Ağayevə satması da müəyyən edilib.

RPŞ-yə dəvət edilən F.Ağayev avtomobilin sənədlərini polisə təqdim edib.

Murad Əhməd