İcazə portalına 188 taksi sürücüsü haqda məlumat yerləşdirilib

icaze-portalina-188-taksi-surucusu-haqda-melumat-yerlesdirilib
Oxunma sayı: 4192

Taksi fəaliyyəti göstərmək üçün mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müraciətləri əsasında "Fərqlənmə nişanı" əldə edən şəxslər barədə məlumatların "icaze.e-gov.az" portalına daxil edilməsi üzrə işlər davam edir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatında deyilir: 

"Artıq bu saata qədər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 188 nəfər barədə məlumat portala yerləşdirilib.

Sizə təhlükəsiz səfər arzu edirik! Proses davam edir. Tək tələbimiz sərnişinləri təhlükəsiz və qaydalara əməl edərək daşımağınızdır!".