İcazəsiz evdən çıxanlar bu halda cərimə edilməyəcəklər

icazesiz-evden-cixanlar-bu-halda-cerime-edilmeyecekler
Oxunma sayı: 20516

Sabahdan etibarən Azərbaycan ərazisində hərəkət məhdudlaşdırılır.  Bu durumda vətəndaşları maraqlandıran suallardan biri də icazəsiz yaşayış yerini tərk etdikdə cərimə olunub-olunmamalarıyla bağlıdır.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, müvafiq icazə olmadan evdən çıxan vətəndaşlar evə qayıtmaqla bağlı polisin tələbini və dərhal, sözsüz yerinə yetirdikdə onlar cərimə olunmurlar.

Həmin şəxslərə yalnız xəbərdarlıq edilir.