“Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun bazasını gücləndirmək lazımdır. Bunun üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“İçdiyimiz suda olan problemlər sonradan qarşımıza çıxır. Aldığımız qida məhsullarında, xüsusilə uşaqlar üçün qida məhsullarında olan GMO-ların (red: Genetik Modifikasiya olunmuş Orqanizm) yaratdığı faciələr göz qabağındadır. Ona görə də regionlarda bu institutun filiallarının açılması olduqca önəmlidir. Çünki hər bir məsələnin Bakıda həll olunması yetərli deyil”, - Fazil Mustafa qeyd edib.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər