“İçerde” serialının Maçka parkındakı çəkilişində gözlənilməz hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, ssenariyə uyğun olaraq ərazidə silah səsi eşidilib.
Bundan sonra vətəndaşlar təşvişə düşüblər və polisə məlumat veriblər. Çəkilişdən xəbərsiz olan sakinlər gizlənməyə çalışıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Serial əməkdaşları çəkiliş üçün icazə aldıqlarını söyləyiblər.


Son xəbərlər
Son Xəbərlər