Türkiyənin məşhur serialının çəkilişi zamanı hadisə baş verib.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "İçerde" serialının kollektivi ölkədəki qarlı hava şəraiti ilə əlaqədar olaraq Belqrad meşəsindən qayıda bilməyiblər.
Səkkiz saat meşədə köməksiz qalan 80 nəfəri rəsmi qurumlar işə müdaxilə edəndən sonra xilas etmək mümkün olub.
Qeyd edək ki, sözügedən serial ölkənin ən reytinqli layihələrindəndir.
Son xəbərlər
Son Xəbərlər