“İçəri icazəsiz girib bizə söyüş söydü”

iceri-icazesiz-girib-bize-soyus-soydu
Oxunma sayı: 1490

Türkiyəli aktrisa Demet Özdemir “Erkençi Kuş” serialında yaranan qalmaqala aydınlıq gətirib.  “Qafqazinfo” xəbər verir ki, o, xəbərlərdə yazıldığı kimi sevgilisi, həmkarı Can Yamanın çəkiliş meydançasında fanatına şiddət göstərmədiyini vurğulayıb:

“Xəbərlərdə Canın fanatına fotoaparat atmasından danışılır. Həmin şəxs fanat yox, çəkiliş meydançasına icazəsiz girib bizə söyüş söyən şəxsdir. Məkanı tərk etməsi barədə dəfələrlə xəbərdarlıq edildi. Çəkilişi dayandırıb Canın qolundan tutaraq mənə söz atdı.

Can da “fanat”ından xilas olmaq üçün əlini dartıb və fotoaparat yerə düşüb. Fiziki təmas olmayıb, söyüş heç vaxt sevgi göstəricisi ola bilməz. O şəxsə şiddət göstərilməyib. Can həmişə çəkiliş meydançasına gələn insanları sevgiylə qucaqlayır. Onun şayiələrə çox kədərləndiyini qeyd etmək istəyirəm”.