İçərişəhərdə bir günlük Avropa

iceriseherde-bir-gunluk-avropa
Oxunma sayı: 1226


“Qafqazinfo” xəbər verir ki, tədbir Avropa İttifaqı və bu quruma üzv olan ölkələrin Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək.

Birgünlük tədbirdə Avropa İttifaqına üzv olan bir sıra ölkələrin çadırları qurulacaq. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı şəkildə məlumat alacaqlar.

Bundan əlavə, tədbirdə qonaqlar üçün geniş mövzulu viktorinaların, xor kollektivləri və müxtəlif janrlarda ifaçıların çıxışlarının və furşetlərin təşkil olunması planlaşdırılıb.

Həmin gün şəhərimizin sakinləri və qonaqlar İçərişəhərdəki Avropa şəhərciyini gəzərkən özlərini virtual olaraq Avropada hiss edəcəklər.