İçərişəhər Formula-1 Avropa Qran-prisinin qonaqlarını “Meydan bazarı” ilə qarşılayıb.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Qoşa Qala qapısı qarşısında təşkil olunan tətbiqi sənət məhsullarının və suvenirlərin sərgisi əcnəbilərin marağına səbəb olub.
Meydanda qurulan çadırlarda Azərbaycanın müxtəlif bölgələrindən gələn sənətkarların əl işləri nümayiş edilib. Meydanda rəngarəng musiqilər də səsləndirilib.
Qeyd edək ki, iyunun 11-dən start verilən bu tədbirlər ayın sonunadək şənbə və bazar günləri keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər