Bu həftə sonunu şəhərdə necə keçirmək olar? Həftə sonunuzu rəngarəng və yaddaqalan etmək barədə ideyalardan faydalanın. Hələ bilməyənlər üçün isə faydalı məlumat paylaşırıq - şənbə günləri Uber xidmətinin xüsusi endirimlərindən istifadə edərək şəhər səfərləri edə bilərsiniz. Şənbə günləri səfərlərə 50%-dək endirim var.
İçərişəhərdə səhər yeməyi
Pomidor-yumurta, isti təndir çörəyi və evdə hazırlanmış kərə yağı... Mm, şənbə səhərində bundan gözəl nə ola bilər! Günə İçərişəhərin qədim küçələrinə baxan rəngarəng kafelərdən birində başlamağı təklif edirik. Zövqünüzə və büdcənizə uyğun seçim edin, sonra köhnə şəhərin ab-havasından həzz alın.
Alış-veriş
Bakının aparıcı ticarət mərkəzlərində alış-veriş etmək şənbə günü gündəlik qayğıları unutmaq üçün ideal seçimdir. Əgər izdihamdan xüsusi olaraq fərqlənmək və ətrafdakıları gözlənilməz obrazla təəccübləndirmək istəyirsinizsə, o zaman sizə Azərbaycan dizaynerlərinin salonlarına – “Stock” (İçərişəhərdə Qız Qalasının yaxınlığında yerləşir) və “Boutique One”-a (Əziz Əliyev küçəsi, 11/25) baş çəkməyi məsləhət görürük.
Sibel Canın 14 may konserti
“Bu devirde kimse sultan degil, hükümdar degil, bezirgan degil...” - türk şou-biznesinin superulduzu Sibel Canın meqahit olan “Padişah”ından bu sətirləri zehni olaraq ifa etmisinizsə, demək onun mayın 14-də Bakı Konqres Mərkəzində keçiriləcək konsertinə mütləq gedəcəksiniz. Qeyd edək ki, Bakıda müğənni azərbaycanlı pərəstişkarlarına 100% hit, tamaşaçılar tərəfindən sevilən və yeni albomdakı mahnılardan ibarət konsert proqramı təqdim edəcək.
Biletlərin qiyməti - 10 manatdan 300 manata qədər.

Brüs Uillis yenidən kinoda
Brüs Uillisin baş rolda oynadığı “Kabus” Dəstəsi” filmi Azərbaycanda da ekranlara çıxıb. Möhtəşəm döyüş filmi elit döyüş dəstəsinin hekayəsindən bəhs edir. Xüsusi təyinatlı dəstənin komandiri təqaüdə çıxmaq istəsə də, keçmişi buna imkan vermir. Bu yeni filmə baxmağı əldən verməməyi məsləhət görürük, çünki bu, Brüs Uillisin kinodakı son işi ola bilər. Xatırladaq ki, o, bu yaxınlarda ağır xəstəlik səbəbindən aktyorluqdan getdiyini açıqlayıb.

Şəhər ətrafına səyahət
Bağ evində istirahət - həmişə ürəkdən əylənmək və tam rahatlaşmaq üçün yaxşı bir səbəbdir. Kimsə bağçaya qulluq edir, kimsə kabab bişirir, kimsə də sadəcə özü və təbiətlə baş-başa qalmaq istəyir. İndi öz bağ evi olmayanlar üçün də çoxlu təkliflər var. Məşhur proqramlardan istifadə edərək ev kirayələyə və ya birbaşa şəhər ətrafındakı otellərlə əlaqə saxlaya bilərsiniz. Məsələn, “Sea Breeze Resort” kompleksində kottec icarəyə götürməklə həftə sonunu Xəzər dənizinin sahilində keçirə bilərsiniz.

Sizə xoş istirahətlər arzulayırıq!
Son xəbərlər
Son Xəbərlər