İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizləndi - Fotolar

iceriseherin-qala-divarlari-vandalizm-izlerinden-temizlendi
Oxunma sayı: 3002

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, vandalizm aktlarından zərər çəkən Qala divarları tamamilə bərpa edilib.

Son bir il ərzində İdarə dəfələrlə vandalizm aktları ilə qarşılaşıb. Monitorinq nəticəsində 70-dən çox zərəryetirmə faktı aşkarlanıb. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilib. Qala divarını zədələyən şəxslər aidiyyəti strukturlarla birlikdə vaxtında müəyyən edilmiş və barələrində qanuni tədbirlər görülüb.

Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib.

Bildirilib ki, İçərişəhər və Qala qoruqları Azərbaycanın tarixi irsinin bir hissəsidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunmasıdır.