Bakıda sərxoş vəziyyətdə olan şəxs özünü asıb.
“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Ə.Məmmədəliyev küçəsində 1983-cü il təvəllüdlü Pyotr Vozotintsev özünü yaşadığı evdə asaraq öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin çoxlu miqdarda alkoqollu içki qəbul etdiyini müəyyənləşdirib. O, hadisə vaxtı evdə tək olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər