İçində adamlar olan 5 maşın qarda batıb

icinde-adamlar-olan-5-masin-qarda-batib
Oxunma sayı: 5759

Cəlilabad rayonunun Kövüzbulaq kəndində, içərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı kömək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub. 

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.