İçində qızıl olan çantanı oğurladılar və tutuldular - 74 500 manatlıq

icinde-qizil-olan-cantani-ogurladilar-ve-tutuldular
Oxunma sayı: 2384

İçərisində qızıl əşyalar olan çantanı oğurlayan şəxslər tutulub.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, mayın 8-də Tərtər rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də şəhər sakini Ramiz Məmmədova məxsus içərisində 74 500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə almış həmyerliləri Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulublar.