İçki aludəçisi olan qadın 46 yaşlı kişini öldürdü

icki-aludecisi-olan-qadin-46-yasli-kisini-oldurdu
Oxunma sayı: 2557

Sumqayıtda 46 yaşlı kişi qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, bu səhər saat 10 radələrində şəhərin Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.