İçki aludəçisi özünü evinin pəncərəsindən asdı

icki-aludecisi-ozunu-evinin-penceresinden-asdi
Oxunma sayı: 1375

Gəncə şəhərində içki aludəçisi olan şəxs intihar edib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 8-i səhər saatlarında baş verib. 

Şəhər sakini, 1971-ci il təvəllüdlü Novruzov Mahir Ələddin oğlu yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarından özünü asaraq intihar edib. 

Məlum olub ki, M. Novruzov alkoqol asılılığından əziyyət çəkirmiş, bununla bağlı Narkoloji Dispanserdə qeydiyyata düşərək müalicə olunurmuş.

Faktla bağlı araşdırma aparılır.