İçki məclisi bıçaqlanma ilə bitdi

icki-meclisi-bicaqlanma-ile-bitdi
Oxunma sayı: 2969

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, 1992-ci il təvəllüdlü Pərviz Məmmədov 1989-cu il təvəllüdlü Nizami Ələkbərovla içki məclisində iştirak edib.

Onlar yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb.

Bu zaman P.Məmmədov N.Ələkbərova daxilə keçməyən bıçaq zərbəsi vurub.

Faktla bağlı araşdırma aparılır.