İçki məclisi qanla başa çatdı

icki-meclisi-qanla-basa-catdi
Oxunma sayı: 657

Rayon Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, araq içən zaman sağlıq demək, Vasifin sağlamlığı bahasına başa gəlib.

Mayın 6-da Sığırlı kəndi ərazisində 52 yaşlı Mirqasım Ağayev qonşusu, 39 yaşlı Vasif Muradova bıçaqla xəsarət yetirib. M.Ağayev Kürdəmir RPŞ əməkdaşları tərəfindən tutulub.

M.Ağayev dindirilmə zamanı bildirib ki, kafedə Vasiflə yeyib-içən zaman mübahisələri düşüb. Vasif tos deyən zaman Mirqasım söz demək istəyib. Bu isə Vasifin xoşuna gəlməyib. Stol arxasında dava edən Mirqasımla Vasifi tanışları aralaşdırıblar. Məclisdən sonra maşınla evə gedən zaman onların “tos” mübahisəsi yenidən yada düşüb. Bu zaman Vasif təpiklə Mirqasıma bir neçə zərbə vurub. O isə təpiyə bıçaqla cavab verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.