İçki sexində nöqsanlar aşkarlandı - Fotolar

icki-sexinde-noqsanlar-askarlandi
Oxunma sayı: 1542

Abşeron rayonu, Masazır kəndində fəaliyyət göstərən fiziki şəxs Səfərov Cavanşir Zülfüqar oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexinə baxış  keçirilib.

AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də, qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, sexdə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq  müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.