Ukraynanın eks-prezidenti, “Avropa həmrəyliyi” partiyasının sədri Petr Poroşenkonun seçicilərlə görüşü zamanı davranışı sosial şəbəkə izləyicilərinin gülüşünə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, onun çıxışı sirklə müqayisə edilib.
“Gəlin yoxlayaq! Bir daha! Ordu! Yes! Yox! Bir daha! Ordu! Yes! İnam! Yes! Dil! Yes!”, - deyə hər dəfə dirsəyini aşağı-yuxarı edən Ukraynanın eks-prezidenti seçicilərə müraciət edir.
Sözügedən görüntülərə sosial şəbəkə istifadəçiləri “Səhər verilişinin aparıcısı”, “İçkili tamada", “Kloun”, “Bu nə sirkdir?” və s. şərhlər yazıb.
Son xəbərlər
Son Xəbərlər