İcmal büdcənin də gəlirləri artıb

icmal-budcenin-de-gelirleri-artib
Oxunma sayı: 895

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 6968,8 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1458,6 mln. manat və ya 26,5 faiz çoxdur. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda qeyd olunur. 

İcmal büdcənin xərcləri isə 5921,3 mln. manat icra olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204,4 mln. manat və ya 3,6 faiz çoxdur.

İcmal büdcədə 1047,5  mln. manat büdcə artıqlığı (profisit) yaranıb. 

Günel Türksoy