Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair xəbərlər ciddiləşməkdədir.
“Qafqazinfo” xəbər verir ki, Gununsesi.info-ya hökumətdəki mənbələrdən yeni məlumat daxil olub.
Bildirilib ki, rayon-şəhər icra hakimiyyəti orqanlarının başçılarına yay məzuniyyəti indidən verilməyə başlanılıb.
Məlumata görə, parlament seçkiləri sentyabr ayının sonuna yaxın keçiriləcək. Ona görə də icra başçıları qarşısında avqustun ilk həftəsində işə qayıtmaq tələbi qoyulub.
Qeyd edək ki, MSK sədri Məzahir Pənahovun və bir sıra YAP funksionerlərinin bunun mümkünlüyü barədə dediklərindən sonra PA-nın rəhbərliyi səviyyəsində siyasi partiya liderləri ilə görüş keçirilib.
Daha əvvəl növbədənkənar parlament seçkilərinin avqust ayının ilk həftəsində keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.