İcra başçılarının dəyişdirilməsi ilə bağlı- - Sərəncamlar

icra-bascilarinin-deyisdirilmesi-ile-bagli-
Oxunma sayı: 3387


Prezident Eldar Əzizovu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. O, Səbail Rayon İcra Hakimiyyətinə icra başçısı təyin edilib. 

***

Prezidentin digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Zakir Fərəcov bundan əvvəl Abşeron rayonunun icra başçısı idi. 

 ***

Digər sərəncamla  Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Səbail rayonunun keçmiş icra başçısı Asif Yunis oğlu Əsgərov təyin edilib. 

“Qafqazinfo”