İcra başçılarının həbs müddəti uzadıldı

icra-bascilarinin-hebs-muddeti-uzadildi
Oxunma sayı: 2389

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun həbs müddəti uzadılıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsi tərəfindən hər iki təqsirləndirilən şəxs barəsində istintaq orqanın təqdimatına baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. 

Eyni zamanda, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.