İcra hakimiyyətinin İnfromasiya şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, vətəndaşın reabilitasiyasının və sosial müdafiəsinin təşkili, əlil insan kimi rahat yaşamasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumları ilə yanaşı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən də müvafiq tədbirlər görülüb. Belə ki, S.Tahirzadə hələ Türkiyədə müalicə olunarkən onun valideynləri iki dəfə Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı tərəfindən qəbul olunub, ailənin sosial durumu, maddi-məişət şəraiti öyrənilib, yaralı əsgərin evə qayıdışına hazırlıqla bağlı bir sıra tədbirlər görülüb. Bununla əlaqədar şəhər İcra hakimiyyətinin daxili imkanları hesabına S.Tahirzadənin yaşadığı evin ikinci mərtəbəsinə bitişik beton sütunlar üzərində ən müasir avadanlıqlarla təchiz edilmiş əlavə vanna otağı və fiziki imkanları məhdud olan insanlar üçün uyğunlaşdırılmış sanitariya qovşağı tikilib istifadəyə verilib, fasiləsiz isti və soyuq su təchizatını təmin etmək məqsədilə yeni su çəni və su qızdırıcı quraşdırılıb. Xəstənin rahat hərəkəti üçün evin daxilindən həm vanna otağına, həm də sanitariya qovşağına əlavə qapılar və pəncərələr qoyulub, evinə qaz, su, telefon, internet xəttləri çəkilmiş, yeni telefon aparatı, madem və noutbook alınaraq proqram təminatı ilə təchiz edilib. S.Tahirzadənin rahatlığı üçün vacib olan təzə yataq taxtı və kreslo alınıb evində quraşdırılıb. Təmir-tikinti və məişət avadanlıqlarına 9436 manat vəsait xərclənib.
Qəbula buraxılmaması ilə bağlı bildiririk ki, vətəndaş şəhər İcra hakimiyyətinə gələrkən onun qoltuq ağacları ilə pilləkənləri qalxıb əziyyət çəkməməsi üçün İcra başçısı Taleh Qaraşov şəxsən özü birinci mərtəbəyə düşərək onu qarşılayıb, istək və arzularını dinləyib, xahişi nəzərə alınaraq həyətinin asfaltlanması ilə bağlı tapşırıqlarını verib. Həmin görüşdə İcra başçısı tərəfindən vətəndaşa 500 manat maddi yardım edilib. Artıq həyətə qum-çınqıl döşənərək hamarlanmış, asfaltlanma üçün hazırlıq işləri texnika vasitəsilə tam başa çatdırılıb. Havalar istiləşən kimi həyət asfaltlanacaq.
Mütəmadi olaraq hər ay S.Tahirzadəyə daxili imkanlar hesabına 50 manat maddi yardım verilir. Yaxın günlərdə S.Tahirzadə tibbi müayinədən keçmək məqsədilə Bakı şəhərinə getməkdən ötrü müraciət etmiş, ona bu məqsədlə şəhər İcra hakimiyyətinin daxili imkanları hesabına yol və digər xərclər üçün 300 manat məbləğində maddi yardım verilib.
Son xəbərlər
Son Xəbərlər