İcra başçısı açılış etdi

icra-bascisi-acilis-etdi
Oxunma sayı: 1349


 Səbail rayon İH-dən “Qafqazinfo”ya verilən xəbərə görə, açılışda Səbail rayonu və Bibiheybət qəsəbəsinin ictimaiyyəti, qəsəbədəki orta məktəbin kollektivi, bələdiyyə üzvləri, ağsaqqallar iştirak edib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədəki Mədəniyyət evi və kitabxananın əsaslı təmiri ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib, qeyd edib ki, ölkə prezidenti İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğı nəticəsində Bibiheybət qəsəbəsində son illərdə bir sıra sosial yönümlü işlər həyata keçirilib. Natiq qəsəbənin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.

Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva ölkə rəhbəri  İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramlarının icrası nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir olunmuş mədəniyyət ocaqları barədə məlumat vermiş, bu işlərin davam etdiriləcəyini bildirib.