“Qafqazinfo” xəbər verir ki, Səbail rayonda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti iməclik rayonun təsərrüfat və digər xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan – respublikamızın sakinləri və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin gənub-qərb giriş yolu olan, «Şıx» yaşayış sahəsində, Salyan yolu boyunca keçirilib.
İməclik ərəfəsində hazırlıq işləri görülmüş, lazımi miqdarda ləvazimat toplanılmış, ağacların suvarılması üçün yeni xətlər çəkilmiş və su maşınları cəlb olunmuş, ən əsası isə burada əkilmək üçün dekorativ ağac və gül kolları alınıb.
İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılımış, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmiş, «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı, yaşıl ot qatı salınmış, 5 min ədəd yeni ağac, 40 min gül kolu əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılıb.
Keçirilən iməclik zamanı 5000 ədəd yeni ağac əkilmiş, əlavə olaraq əvvəl əkilmiş 10 min ağaca qulluq göstərilmiş, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilib.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər