İcra başçısı Aşağı Göynük kəndinin sakinləri ilə görüşdü - Fotolar

icra-bascisi-asagi-goynuk-kendinin-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1582

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 12-də Aşağı Göynük kəndinin sakinləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötdüyünü, ildönümü ilə əlaqədar respublikamızın hər yerində silsilə tədbirlərin keçirildiyini bildirib.

Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri çıxış edərək kəndarası yolların təmiri, Aşağı Göynük kənd tam orta məktəbinin və körpələr evi uşaq bağçasının binasının əsaslı təmir edilməsi və sair məsələləri xahiş ediblər.

E. Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.