Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə növbəti səyyar qəbul-görüşü keçirilib.
"Qafqazinfo" xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Ölkədə, eləcə də Abşeron rayonunda həyata keçirilən quruculuq, abadlıq işlərindən danışan İ.Gülməmmədova kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini və bunun artıq ənənə hal aldığını vurğulayıb. Bu görüşlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunduğunu vurğulayan başçı əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdən söz açıb.
Daha sonra çıxış edən qəsəbə sakinləri əsasən telefon xəttlərinin çəkilməsi, yeni marşrut xətlərinin yaradılması və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər. İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.



Son xəbərlər
Son Xəbərlər