İcra başçısı baş memarı işdən çıxardı - Yenilənib

icra-bascisi-bas-memari-isden-cixardi
Oxunma sayı: 9486

Qəbələ Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar Təbriz Abdulxalıqov vəzifəsindən azad olunub.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə rayonun icra başçısı Səbuhi Abdullayev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, T.Abdulxalıqov bu gün tutduğu vəzifədən azad olunub. Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, T.Abdullayevin adı meşə fondunun ərazisinə aid torpaq sahələrini ayrı-ayrı fiziki şəxslərə satmaqda hallanırdı. Onun bu işdə  Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Tahir Əlimirzəyevlə əlbir olduğu iddia olunurdu.

***

Qəbələ Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, Memarlıq və Tikinti şöbəsinin müdiri olmuş baş memar Təbriz Abdulxalıqov dövlət qulluğunda yaş həddinin bitdiyinə və həmçinin yaşayış yerini dəyişdiyinə görə ərizəsinə əsasən 2022-ci ilin dekabr ayının əvvəllərində vəzifəsindən azad edilib.

Emin Səfərov