İcra başçısı bayram yarmarkasında - Foto

icra-bascisi-bayram-yarmarkasinda-
Oxunma sayı: 2272

Martın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ərzaq məhsullarının sаtış yаrmаrkаsı keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, yarmarkada Lənkərаn və ətrаf rаyоnlаrdа, Bаkı şəhərində fəаliyyət göstərən 38-ə yaxın firmа və şirkətlərin ərzaq məhsulları, meyvə-tərəvəz və şirniyyat alıcılara təklif olundu. Ümumilikdə yarmarkada 485 ton ərzaq məhsulları satışa çıxarıldı. Qiymətlər bazar qiymətləri ilə müqayisədə 20-25 faiz aşağı idi.

Bayram bazarlığına gələnlər qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qaldılar.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri yarmarkada iştirak etdilər.