İcra başçısı Bilik Günü münasibətilə şəhid və qazi övladları ilə görüşdü - Fotolar

İcra başçısı Bilik Günü münasibətilə şəhid və qazi övladları ilə görüşdü
Oxunma sayı: 1885

Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Vüqar Novruzov yeni tədris ilinin başlanması münasibəti ilə şəhid və qazi övladlarını təbrik edib. 

“Qafqazinfo” xəbər verir ki, icra başçısı məktəbliləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyib. Həmçinin ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” şüarını rəhbər tutaraq ölkəmizdə uşaqların yetişməsinə hər zaman dövlətin xüsusi diqqət və qayğısını vurğulayıb.

“44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu sizin qəhrəman atalarınızın şücaəti nəticəsində əzəli əbədi  torpaqlarımızı düşməndən azad etdi, xalqımız şanlı zəfər çaldı”,- deyə bildirilib.

Tədbir 15 sentyabr - paytaxt Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə eyni günə təsadüf etdiyindən məktəblilər hər zaman olduğu kimi fəxr və qürur hissi ilə Azərbaycan-Türkiyə bayraqlarını dalğalandırıblar.

Şəhid ailələri, qazilər onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məktəblilərə “Oyal”ın çanta və dərs ləvazimatları təqdim olunub.

Tədbirin həyata keçirilməsinə “Naftalan Müalicə və Sağlamlıq“ Mərkəzi dəstək göstərib.