Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bayıl yaşayış sahəsindəki 49 saylı «İntellekt» məktəb-liseydə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə çıxış edən 49 saylı «İntellekt» məktəb-liseyin direktoru Təhminə Əsədova qazanılan uğurlardan danışıb. Məktəb barədə məlumat verən T.Əsədova qeyd edib ki, hazırda məktəb-liseydə 1459 şagird təhsil alır, onlara 129 nəfər müəllim dərs deyir. Bu il 209 nəfər uşaq birinci sinfə qəbul olunub. 2013-2014-cü təhsil ilində məktəb-liseyi 73 nəfər məzun bitirib və onların 44 nəfəri tələbə adını qazanıb. Məzunların 2 nəfəri qəbul imtahanlarında 600-dən, 1 nəfəri isə 650-dən çox bal toplayıb. 4 nəfər məzun xaricdə təhsil alacaq.
Həmçinin rayonun 91 saylı orta məktəbdə də tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yeni dərs ilinin başlanması münasibəti ilə məktəblərin kollektivlərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirib ki, rayonun orta məktəblərini 1355 nəfər bitirib, onlardan 901 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olunan 3 nəfər məzun Prezident təqaüdünə layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər