Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclası keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib. O deyib ki, son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi hissəsində yerləşən Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində diqqətəlayiq uğurlar qazanılıb.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılıb. Novruz bayramı ərəfəsində istifadəyə verilən Loqistika mərkəzinin--Yaşıl marketin gələcəkdə tam gücü ilə işləməsi üçün 1000 nəfərdən çox adamın işə cəlb olunması nəzərdə tutulur.
Icra başçısı bildirib ki, prezidentin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır.
Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılması sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır. 30-dan çox təklif müzakirə edilmiş, müəyyən edilmiş ünvanlar üzrə 17 layihə razılaşdırılıb, 3 layihə üzrə ərazilər boşaldılaraq söküntü işlərinə başlanılıb.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfinfən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olunub.
İclasda “Bakı Tikiş Evi ” ATSC-nin sədri Fidail Rəhimov, Nəsimi rayon MKTB-nin rəisi Elman Yəhyayev, ƏSMN yanında SMF-nun Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərov, Nəsimi rayon Sukanal İdarəsinin rəisi İntiqam Tağıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nəsimi rayonu üzrə sektor müdiri Bəyverdi Novruzov və iş adamı İsa Qaraşov çıxış ediblər.
Milli Məcsilin üzvləri Məlahət İbrahim qızı, Ziyad Səmədzadə və Asim Mollazadə hesabat yığıncağının işində iştirak ediblər.

Son xəbərlər
Son Xəbərlər