"Qafqazinfo"ya İH-dan daxil olan məlumata görə, “Şəhidlər” abidə kompleksinin önünə əklilqoyma mərasimi ilə başlayan tədbirdə Milli Məclisin üzvü Ağalar Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Novruz Rəhimov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və müharibə veteranları iştirak edib.
Daha sonra Heydər Əliyev Mərkəzində Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Tədbiri giriş nitqi ilə açan icra başçısı Süleyman Mikayılov həmin dövrdə babalarımızın əldə etdikləri qələbənin qiymətini dərk etməli olduğumuzu bildirib: “700 minə yaxın Azərbaycanlı bu müharibədə iştirak edib, onların təxminən yarısı həlak olub.” Digər çıxış edən şəxslər də bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hisslərini aşıladığını, onlara vətəni qorumağın nə qədər müqəddəs bir iş olduğunu təbliğ etdiyini söyləyib.
Tədbirin sonunda veteranların problemləri ilə maraqlanılıb, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımı verilib, səhhəti ilə əlaqədar iştirak edəbilməyən veteranlarımızın evlərinə baş çəkilib.
Son xəbərlər
Son Xəbərlər