İcra başçısı bu məsələlərin araşdırılması üçün tapşırıqlar verdi - Fotolar

icra-bascisi-bu-meselelerin-arasdirilmasi-ucun-tapsiriqlar-verdi
Oxunma sayı: 2529

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov​ səyyar vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir.

“Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülən strategiya dayanır.

İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Müəyyənləşdirilən hədəflərə nail olunması istiqamətində əldə olunan uğurlarda dövlətin qayğısı əsas rol oynayır.

Təhsilə ümumi inkişafın tərkib hissəsi kimi yanaşan ulu öndər Heydər Əliyev deyirdi: “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdir”. Bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir, ümummilli liderin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir”, - deyə M. Seyidov əlavə edib.

Səyyar qəbul zamanı vətəndaşlar yeni çəkilən yolda yol nişanlarının quraşdırılması, əkin sahələrinin suvarılmasında növbəlilik qrafikinə əməl olunması və digər məsələlərlə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.