İcra başçısı Cocuq Mərcanlıda

icra-bascisi-cocuq-mercanlida
Oxunma sayı: 1862

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Cocuq Mərcanlı kəndində olub.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 1994-cü ildən həmin kənddə yaşayan Həziyev Oqtay Əbil oğlunun ailəsinə baş çəkən A. Alıyev prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndində 50 evin və infrastrukturun bərpa olunması barədə imzaladığı Sərəncamı yüksək qiymətləndirib.

Sonra icra başçısı düşmənlə təmas xəttində yerləşən Əhmadalılar, Qazaxlar və Mirzənağılı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin həmin kəndlərdə gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.