Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və millət vəkili Erkin Qədirlinin birgə səyyar qəbulu Azərbaycan Dövlət Pedagoji kollecinin akt zalında baş tutub. Yerli sakinlərin problemlərinin müəyyən edilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal rayonunun təsərrüfat və xidmət sahələrinin rəhbərləri iştirak edərək zala toplaşan sakinlərin müraciət və təkliflərini dinləyiblər.
“Açıq mikrofon” formatında və dialoq şəklində baş tutan səyyar qəbul zamanı sakinlər əsasən su təchizatı, pilot layihələr, küçələrin asfaltlanması, şəhid ailəsi üzvlərinin işlə təmini, sənədsiz evlər və digər məsələlər qaldırılıb.
İcra başçısı Elşad Həsənov sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verib. Səslənən müraciət və təkliflər nəzarətə götürülüb.
Son xəbərlər
Son Xəbərlər