İcra başçısı festivalda - Fotolar

icra-bascisi-festivalda
Oxunma sayı: 2739

Gənclər və İdman Nazirliyi tərəfindən, Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncə şəhərində “Tarixin canlı səhifələri” IV Gənclər festivalı keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə şəhəri “Yeni qızılca” ərazisində baş tutan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər icra başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları və digər rəsmilər iştirak ediblər.

400 nəfər aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda Babək, Cahan Pəhləvan Qara Yusif və Cavad xan canlandırılaraq, onların keçdiyi qəhrəmanlıq yolu və şücaətləri göz önünə gətirilib. Festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

Məlumat üçün qeyd edək ki, “Tarixin canlı səhifələri” adlı festival 2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.